...

2023-cü ilədək Türkiyə nisbətən iri iqtisadiyyata malik ölkələr onluğuna daxil olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 May 2012 12:29 (UTC +04:00)
2023-cü ilədək Türkiyə nisbətən iri iqtisadiyyata malik ölkələr onluğuna daxil olacaq.
2023-cü ilədək Türkiyə nisbətən iri iqtisadiyyata malik ölkələr onluğuna daxil olacaq

Qazaxıstan, Astana, 23 may /Trend, xüsusi müxbir İ.Xəlilova/

2023-cü ilədək Türkiyə nisbətən iri iqtisadiyyata malik ölkələr onluğuna daxil olacaq. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan V Astana İqtisadi Forumunda çıxışı zamanı bildirib.

"Biz bu məqsədlərə çatacağımıza əminik və onlara çatmaq üçün bütün gücümüzü sərf edəcəyik. Вununla əlaqədar biz özəl sektorun inkişafına böyük diqqət ayırırıq və bu planda dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesində böyük uğurlara nail olmuşuq, bütün maneələri ardan qaldırmışıq və özəl sektorun gələcəkdə inkişafına imkan verən stimullaşdırıcı tədbirlər həyata keçiririk", - Ərdoğan deyib.

Onun sözlərinə görə, Türkiyə davamlı iqtisadi inkişafa keçib. Türkiyə iqtisadiyyatının necə sürətli templərlə artdığı və onun stabilliyinin möhkəmləndiyi faktını 10 il əvvəl Türkiyənin ümumilli gəlirinin 230 milyard dollar, bu gün isə 775 milyard dollar təşkil etməsi faktı təsdiqləyir. Bununla yanaşı, adambaşına düşən gəlirlər əvvəlki 500 dollara nisbətən 2,4 min dollardan artıq çoxalıb.

Ərdoğan bildirib ki, Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları bu gün 93 milyard dollar təşkil etdiyi halda 9 il əvvəl onların həcmi 27 milyard dollar idi. İnflyasiya 30 faizdən çox olduğu halda bu gün 10,5 faizdir, gələn ay onun birrəqəmli səviyyəyə düşəcəyi gözlənilir.

"On il əvvəl ölkənin xarici dövlət borcları ÜDM-in 74 faizini təşkil edirdi. Bu gün həmin göstərici də ciddi şəkildə azalıb ki, bu da məşğulluq, istehsal, ticarət sahələrində artıma nail olmağa və bu fonda Türkiyəyə etimadın artmasına imkan verir", - Ərdoğan deyib.

Xəbər lenti

Xəbər lenti