Azərbaycan, Bakı, 24 may /Trend/
Litva Brokerlər Assosiasiyası tərəfindən təşkil edilmiş nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri çərçivəsində Bakı Fond Birjası, birja üzvləri və bir sıra emitentlərlə görüş keçirilib.
Birjadan cümə axşamı Trend-ə verilən məlumata görə, görüşdə Litva tərəfindən Brokerlər Assosiasiyasının rəhbərliyi ilə yanaşı, bu ölkədə fəaliyyət göstərən broker şirkətlərinin, investisiya banklarının və "angel fund"ların rəhbərləri və fərdi investorlar iştirak edib.
Tədbir zamanı xarici qonaqlar yerli bazar iştirakçıları üçün Litva qiymətli kağızlar bazarının təcrübəsinə dair təqdimat keçirib, eləcə də iki ölkənin qiymətli kağızlar bazarında fəaliyyət göstərən maliyyə vasitəçilərinin gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.