Azərbaycan, Bakı, 25 may / Trend, müxbir E.İsmayılov /
Metronun "Koroğlu" stansiyasının yanındakı iri yol kompleksi çərçivəsində tikilən körpü istismara tam hazırdır. Bu barədə cümə günü Trend-ə Nəqliyyat Nazirliyindən bildirilib.
Nazirlikdən deyildiyi kimi, 325 metr uzunluğunda "Böyükşor" yolayrıcındakı körpü yaxın günlərdə artıq istismara verilə bilər.
"Körpünün tikintisi üzrə bütün işlər tam başa çatıb. Habelə tikinti prosesində istifadə olunan köməkçi vasitələrin sökülməsi işləri də yekunlaşıb. Artıq bugünlərdə körpü istismara veriləcək", - nazirlikdən bildirilib.