...

"Azərbaycan Hava Yolları" yeni daxili reys açır

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 May 2012 10:21 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" QSC bu il iyunun 1-dən oktyabrın 27-dək Bakı-Qəbələ aviareysini açmağı planlaşdırır.
"Azərbaycan Hava Yolları" yeni daxili reys açır

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir E.İsmayılov/

"Azərbaycan Hava Yolları" QSC bu il iyunun 1-dən oktyabrın 27-dək Bakı-Qəbələ aviareysini açmağı planlaşdırır. Bu barədə Trend-ə çərşənbə günü QSC-dən məlumat verilib.

Aviareys cümə və bazar günləri həyata keçiriləcək.

Təyyarə Bakıdan yerli vaxtla saat 17:45-də uçacaq, Qəbələdə saat 18:30-da yerə enəcək. Qəbələdən saat 19:10-da uçan təyyarə Bakıya saat 19:55-da enəcək.

Reyslər АTR-72 avialayneri ilə həyata keçiriləcək.

Bir istiqamətə biletin qiyməti 48 manatdır.

Xəbər lenti

Xəbər lenti