Bakıda əfsanəvi və bütün dünyada ünlü Yapon markası olan "Sharp" -ın rəsmi satış mərkəzinin açılışı baş verdi. Açılış mərasimində "SHARP" şirkətinin Azərbaycandakı rəsmi idxalçısı olan ATL Electroniks şirkətinin nümayəndələri və Yaponiyanın Azərbaycandakı səfirinin müavini cənab Toşikazu Muto, həmçinin digər rəsmilər iştirak etmişlər.
"SHARP" vahid satış mərkəzinin açılışı və Yaponiyanın qabaqcıl texnologiyalarının Azərbaycana gətirilməsi ATL Elektroniks şirkətinin SHARP layihəsini həyata keçirməkdə başlıca məqsədlərindən biridir.
Yaponiyanın Azərbaycandakı səfirinin müavini olan cənab Toşikazu Muto bildirdi ki, "Azərbaycanda SHARP markasının ilk rəsmi satış mərkəzinin açılışı şirkətin təqdim etdiyi yeni və qabaqcıl Yapon texnologiyasından birbaşa istifadə deməkdir və bu çox böyük və maraqlı bir yolun başlanğıcıdır."
Sharp markasının vahid və rəsmi satış mərkəzi tərəfindən satılması məhsulların qiymətlərində də müştərilər üçün əlverişli təkliflər edir. Həmçinin kredit əməliyyatlarını Sharp satış mərkəzində həyata keçirən xüsusi şöbə olduğu üçün əlverişli şərtlərlə satış təklif olunur. Bank nümayəndələrinin satış mərkəzində fəaliyyət göstərməsi müştərilərin rahatlığını təmin etməklə yanaşı kredit əməliyyatlarının tez bir zamanda mağazanı tərk etmədən həyata keçirmək deməkdir.
Sharp satış mərkəzində eviniz üçün məişət əşyaları ilə yanaşı müxtəlif aksesuarlar da təqdim olunur. Tamamilə yeni konsepsiya üzərində qurulan Sharp satış mərkəzi Bül-Bül prospekti 18 ünvanında yerləşir.