...

Mingəçevir-Goran mənzilində 6,5 km yol əsaslı təmir olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyun 2012 09:52 (UTC +04:00)
«Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı»nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir.
Mingəçevir-Goran mənzilində 6,5 km yol əsaslı təmir olunur

Azərbaycan, Bakı, 5 iyun /Trend/

"Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir. Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən bildirilib.

5 iyun 2012-ci ildə Mingəçevir-Goran mənzilində 6,5 km yol əsaslı təmirinə başldanıldı. Səhər saatlarında işə start verilib və artıq köhnə yolun söküntüsü davam edir.

Qeyd edək ki, İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik-Bakı sahəsində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir. Əsaslı təmir işlərinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. Bakı-Böyük Kəsik-Bakı sahəsində indiyə kimi 82 km yol əsaslı təmir olunub.

Əsaslı təmir işlərinə "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin 4 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi və İnfrastruktur Departamentinin müvafiq qurumları cəlb olunub. Yolların əsaslı təmiri prosesini Çexiyanın "İxrac" Bankının nəzarət qrupu müşahidə edir. Təmir işləri başa çatandan sonra bu yollarda qatarların hərəkət sürətini artırmaq mümkün olacaq.

Xəbər lenti

Xəbər lenti