...

Azərbaycanda sərinləşdirici içkilər və dondurma bazarına nəzarət artırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyun 2012 16:26 (UTC +04:00)
İstehlak bazarının keyfiyyətsiz və təhlükəli mallardan qorunması məqsədilə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən həyata keçirilən nəzarət tədbirləri davam etdirilir.
Azərbaycanda sərinləşdirici içkilər və dondurma bazarına nəzarət artırılıb

Azərbaycan, Bakı, 6 iyun /Trend/

İstehlak bazarının keyfiyyətsiz və təhlükəli mallardan qorunması məqsədilə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən həyata keçirilən nəzarət tədbirləri davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən indiyədək görülmüş tədbirlər nəticəsində, istehlak bazarında keyfiyyətsiz və təhlükəli malların, o cümlədən keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə cavab verməyən sərinləşdirici içki və dondurmanın miqdarı əhəmiyyətli dərəcədə azalıb.

Yay mövsümünün başlaması ilə əlaqədar ticarət obyektlərində sərinləşdirici içki və dondurmaya tələbatın artdığını nəzərə alaraq, Dövlət Xidməti sərinləşdirici içkilər və dondurma bazarında nəzarət tədbirlərini daha da intevləşdirib.

İntensiv nəzarət tədbirləri yay mövsümünün sonunadək davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti