...

Azərbaycan və Latviya kənd təsərrüfatı üzrə hüquqi bazanı genişləndirir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyun 2012 13:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 iyun / Trend, müxbir Ə.Həsənov /

Azərbaycan və Latviyanın Kənd Təsərrüfatı nazirlikləri cümə axşamı qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandum imzalayıblar.

Trend-in məlumatına görə, sənəd Bakıda nazirlər İsmət Abasov və Laymdot Srtauyum tərəfindən imzalanıb.

Görüş zamanı kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlığın cari səviyyəsi, eləcə də onun gələcək inkişaf yolları müzakirə olunub.

Abasovun sözlərinə görə, yaxın vaxtlarda daha iki sazişin, o cümlədən baytarlıq sahəsində əməkdaşlıq haqqında sazişin imzalanacağı gözlənilir. Habelə Azərbaycanın kənd təsərrüfatı nazirinin Latviyaya səfəri planlaşdırılır.

"Bu gün Azərbaycan Latviyadan heyvandarlıq məhsulları idxal edir, bu ölkəyə isə əsasən təzə və emal olunmuş meyvə və tərəvəz göndərir. Bu əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var", - nazir deyib.

Onun sözlərinə görə, bu səfər latviyalı sahibkarların Azərbaycanla əməkdaşlığa yüksək marağını nümayiş etdirir.
Tərəflər iki ölkənin kənd təsərrüfatı ali məktəbləri arasında təcrübə mübadiləsi, birgə elmi tədqiqatların aparılması sahəsində razılığa gəliblər.

Xəbər lenti

Xəbər lenti