...

Almaniya Azərbaycana birbaşa investisiyalar yatırmaqda maraqlıdır - nazir müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2012 13:58 (UTC +04:00)
Almaniya Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalar yatırmaqda maraqlıdır.
Almaniya Azərbaycana birbaşa investisiyalar yatırmaqda maraqlıdır - nazir müavini

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir Ə.Həsənov/

Almaniya Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalar yatırmaqda maraqlıdır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Azərbaycan iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Bakıda keçirilən Azərbaycan-Almaniya biznes forumunun yekunu üzrə bildirib.

"Azərbaycan 150 dövlətlə əməkdaşlıq edir və Almaniya bizim üçün əsas ticari-iqtisadi tərəfdaşlarımızdan biridir", - Səfərov deyib.

Onun sözlərinə görə, 2011-ci ildə Almaniya və Azərbaycan arasında əmtəə dövriyyəsi 2010-ci ilə nisbətən iki dəfə, cari ilin yanvar-aprel aylarının yekunları üzrə ötən ilin analoji dövrü ilə müqayisədə isə üç dəfə artıb.

Nazir müavini deyib ki, hazırda Azərbaycanda infrastruktur layihələrində fəaliyyət göstərən 100-dən artıq Almaniya şirkəti işləyir, Almaniyada Azərbaycan şirkətlərinin sayı da daim artır.

Onun sözlərinə görə, noyabrda ticarət və investisiyalar sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Almaniya işçi qrupunun ikinci iclası keçiriləcək.

Xəbər lenti

Xəbər lenti