...

Azərbaycanda 460 minə yaxın mənzil özəlləşdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyun 2012 17:59 (UTC +04:00)
Azərbaycanda bu ilin ilk 4 ayında 44,7 min əmlaka aid hüquqlar dövlət qeydiyyatına alınıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 6,8 faiz artıqdır.
Azərbaycanda 460 minə yaxın mənzil özəlləşdirilib

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir A.Axundov/

Azərbaycanda bu ilin ilk 4 ayında 44,7 min əmlaka aid hüquqlar dövlət qeydiyyatına alınıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 6,8 faiz artıqdır. Bu barədə bazar ertəsi Trend-ə Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.

Qeydiyyatdan keçən əmlakın 13 267-si (29,7 faiz) ilkin, 31 434-ü (70,3 faiz) təkrar qeydiyyatdan keçib. Ötən ilin eyni dövrünə nisbətən təkrar qeydiyyat 19 faizdən çox artıb.

Yanvar-aprel aylarında mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 9 205-i fərdi yaşayış və bağ evi, 15 998-i mənzil, 16 828-i torpaq sahəsi, 1 264-ü qeyri-yaşayış binası, 1 026-sı qeyri-yaşayış sahəsi, 281-i əmlak kompleksi, 94-ü çoxillik əkmə, 5-i isə çoxmərtəbəli yaşayış binaları olub. Ötən ilin eyni dövrü ilə müqayisədə fərdi yaşayış və bağ evlərinin qeydiyyatı 10 faizdən çox, torpaq sahələrinin qeydiyyatı 17 faiz, əmlak komplekslərinin qeydiyyatı 2,6 faiz artıb.

İlin ilk 4 ayında əmlakın qeydiyyatında regionların payı 62 faizi keçib.

2011-ci ilin yanvar-aprel aylarında ölkə üzrə 1 105 mənzil özəlləşdirilib. Ümumilikdə, özəlləşdirmə başlayandan 2012-ci il mayın 1-dək ölkə üzrə 457 634 mənzil özəlləşdirilib.

Xəbər lenti

Xəbər lenti