...

"Atəşgah" SŞ daşınmaz əmlakın könüllü sığortası üzrə iri ödəniş həyata keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyun 2012 13:40 (UTC +04:00)
Azərbaycanın ən iri sığorta şirkətlərindən biri olan "Atəşgah" SŞ daşınmaz əmlakın könüllü sığortası üzrə iri sığorta ödənişi həyata keçirib.
"Atəşgah" SŞ daşınmaz əmlakın könüllü sığortası üzrə iri ödəniş həyata keçirib

Azərbaycan, Bakı, 19 iyul /Trend/

Azərbaycanın ən iri sığorta şirkətlərindən biri olan "Atəşgah" SŞ daşınmaz əmlakın könüllü sığortası üzrə iri sığorta ödənişi həyata keçirib.

Şirkətdən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Novxanı qəsəbəsində yerləşən ikimərtəbəli bağ evində baş verən yanğın hadisəsinə görə sığorta ödənişinin məbləği 20 min manat təşkil edib.

Vətəndaş əmlakının yanğından və digər risklərdən sığortası "Atəşgah" SŞ prioritet istiqamətlərindən biridir və aşağıdakı riskləri əhatə edir:

- Yanğın, partlayış, ildırım vurması, idarə olunan uçuş aparatlarının və yaxud parçalarının düşməsi;
- Suyun təsiri (su təminatı, kanalizasiyası, yanğınsöndürmə sistemlərində baş verən qəza nəticəsində baş verən hadisə, qonşu mənzillərdən suyun daxil olması);
- Xarici təsirlər (avtonəqliyyat vasitələrinin vurması nəticəsində baş verən hadisə);
- Təbii hadisələr və fəlakətlər;
- Üçüncü şəxslərin qanunazidd hərəkətləri (oğurluq, soyğun, qarət, sığortalanmış əmlaka üçüncü şəxslər tərəfindən qəsdən zərər yetirmə, dələduzluq, vandalizm).

Xəbər lenti

Xəbər lenti