...

"RoyalBank"ın səhmləri fond birjasının qeyri-kotirovka vərəqəsinə salınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyun 2012 16:04 (UTC +04:00)
İyunun 22-dən etibarən Azərbaycan bankı "RoyalBank"ın adi, sənədli, adlı səhmlərinin emissiya prospektinin yerləşdirilməsinə başlanır.
"RoyalBank"ın səhmləri fond birjasının qeyri-kotirovka vərəqəsinə salınıb

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir Ə.Həsənov/

İyunun 22-dən etibarən Azərbaycan bankı "RoyalBank"ın adi, sənədli, adlı səhmlərinin emissiya prospektinin yerləşdirilməsinə başlanır. Trend-in məlumatına görə, bu barədə cümə günü Bakı Fond Birjasının yaydığı məlumatda deyilir.

Nəticədə bankın nizamnamə kapitalı 25,54 milyon manatadək artacaq. Hazırda bankın nizamnamə kapitalı 24,14 milyon manat təşkil edir.

"RoyalBank" səhmlərinin birjanın qeyri-kotirovka vərəqəsinə salınması üçün təkliflə müraciət edib", - BFB-nin məlumatında deyilir.

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "RoyalBank"ın 400 min manat həcmində adi, adlı, sənədli səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Emissiya çərçivəsində hər birinin nominal dəyəri 0,2 manat olan 2 milyon səhm buraxılıb.

Sövdələşmənin anderrayteri qismində "Çelsi Kapital" MMC çıxış edir.

Qanunvericiliyə əsasən, səhmlərin emissiya prospektinin yerləşdirilməsi il ərzində həyata keçirilə bilər.

Xəbər lenti

Xəbər lenti