...

Türkiyədə Azərbaycanlı İş Adamları Birliyi fəaliyyətə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyun 2012 13:11 (UTC +04:00)
Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi ilə bir sıra təşkilatlar - Azərbaycan-Türkiyə İş Adamları Birliyi, Türkiyənin Xarici İqtisadi Əlaqələr İdarəsi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) arasında əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb.
Türkiyədə Azərbaycanlı İş Adamları Birliyi fəaliyyətə başlayıb

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir A.Axundov/

Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi ilə bir sıra təşkilatlar - Azərbaycan-Türkiyə İş Adamları Birliyi, Türkiyənin Xarici İqtisadi Əlaqələr İdarəsi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) arasında əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb. Bu barədə cümə günü Trend-ə Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.

Dünən Türkiyədə baş ofisi ötən il İstanbulda qeydiyyatdan keçən Azərbaycanlı İş Adamları Birliyinin fəaliyyətə başlaması ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayevin sözlərinə görə, Azərbaycan iqtisadiyyatının sürətli inkişafı ölkəmizin maliyyə imkanlarının artmasına və xarici ölkələrə sərmayə yatırmasına əlverişli şərait yaradıb. Bu gün Azərbaycan investisiya ixrac edən ölkəyə çevrilib, Türkiyə, Gürcüstan, Qazaxıstan, Rusiya Federasiyası, Ukrayna, Balkan regionu və digər ölkələrə iri həcmli investisiyalar qoyub.

Onun sözlərinə görə, hazırda Azərbaycanda Türkiyə sərmayələri əsasında 1106 şirkət, Türkiyədə isə 1000-ə yaxın Azərbaycan şirkəti fəaliyyət göstərir. "Türkiyənin Azərbaycana investisiyaları təxminən 1,9 milyard ABŞ dolları, SOCAR və digər Azərbaycan şirkətlərinin Türkiyəyə investisiyaları isə təxminən 4,5 milyard ABŞ dolları təşkil edir, 2018-ci ilədək isə təkcə SOCAR-ın Türkiyədə investisiyaları 17 mlrd. ABŞ dolları təşkil edəcək", - o bildirib.

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamlarının fəaliyyətinin əlaqələndir Azərbaycanlı İş Adamları Birliyinin yaradılmasının məqsədi birlik üzvlərinin tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, yeni işgüzar əlaqələrin yaradılması, informasiya mübadiləsi və sairədir.

2011-ci ilin aprelində Türkiyədə birliyin təsis toplantısı keçirilib. Вirliyin təşəbbüs qrupuna Heydər Əliyev Fondunun Türkiyədəki nümayəndəliyi, "Azərbaycan Hava Yolları" QSC, ARDNŞ, Palmali şirkətlər qrupu, Hazar turizm şirkəti, Farco Group və s. daxildir. Təsis toplantısında birliyin sədri ARDNŞ-nin Türkiyədəki ofisinin rəhbəri Seymur Ağayev seçilib.

Xəbər lenti

Xəbər lenti