...

Asiya İnkişaf Bankı Azərbaycana məcburi köçürülmə ilə bağlı texniki yardım göstərməyə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyun 2012 17:11 (UTC +04:00)
Asiya İnkişaf Bankı Mərkəzi Asiya və Cənubi Qafqazda üzv dövlətlərə məcburi köçürülmə ilə bağlı texniki yardım göstərməyə başlayıb.
Asiya İnkişaf Bankı Azərbaycana məcburi köçürülmə ilə bağlı texniki yardım göstərməyə başlayıb

Azərbaycan, Bakı, 29 iyun /Trend/

Asiya İnkişaf Bankı Mərkəzi (AİB) Asiya və Cənubi Qafqazda üzv dövlətlərə məcburi köçürülmə ilə bağlı texniki yardım göstərməyə başlayıb.

Bankın Azərbaycanda Daimi Nümayəndəliyindən cümə günü Trend-ə verilən məlumata görə, bu yardımın əsas məqsədi məcburi köçürülmədə AİB və yerli idarəetmə metodları arasında boşluğu ayırd etmək və məcburi köçürülmənin planlaşdırılması və həyata keçirilməsində praktiki metodlar hazırlamaqdır. Daha yaxşı hazırlanmış plan və onun icrası ilə hökumət məcburi köçürülmə işini daha effektli edə və köçürülməyə məruz qalmış insanları daha ədalətli kompensasiya ilə təchiz edə bilər.

Məcburi köçürlməyə nəzarət 2011-ci il fevralın 15-də Prezidentin fərmanına əsasən Maliyyə Nazirliyinə təyin olunub. Nazirlik texniki yardım üçün əlaqələndirici təşkilat kimi fəaliyyət göstərmək barədə razılıq verib ki, bu da həm nazirliyin, həm də layihənin icraedici təşkilatlarının ictimai maraq üçün istifadə olunan torpaq qiymətləndirilməsi və məcburi köçürülmə işinin idarə olunması potensialını gücləndirəcək.

İyunun 28-də sosial inkişaf üzrə mütəxəssis (təhlükəsizlik) Xose Tibursio Nikolas tərəfindən rəhbərlik edilən AİB komandası Maliyyə Nazirliyi nəzdində yaradılmış məşvərət qrupu ilə görüşüb. Bu qrup AİB komandası və texniki yardım çərçivəsində təşkil edilmiş məcburi köçürülmə komandası ilə birgə işləmək üçün yaradılıb.

Qrup tələb olunan fərmanın və torpaqların alınması və köçürülməsinin həyata keçirilməsi mexanizmləri haqqında qaydalara hamilik edəcək və köçürülmənin qaydalara uyğun aparıldığına nəzarət edəcək.

Texniki yardım 2013-cü ilin fevralında başa çatacaq.

Xəbər lenti

Xəbər lenti