Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir E.İsmayılov/
"Ural Hava Yolları" ("Уральские авиалинии") aviaşirkəti iyulun 3-dən Yekaterinburq-Lənkəran marşrutu üzrə yeni reys açır. Trend-in məlumatına görə, bu barədə cümə günü aviaşirkətin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.
Məlumata əsasən, aviareys "Airbus" markalı təyyarə ilə hər həftənin çərşənbə axşamı həyata keçiriləcək.
"Ural Hava Yolları" MDB ölkələrinə uçuş şəbəkəsini planlı şəkildə genişləndirməkdə davam edir. Belə ki, aviaşirkət Azərbaycanın üç şəhərinə mütəmadi reyslər həyata keçirir: Moskva və Yekaterinqburqdan Bakıya, Moskva və Sankt-Peterburqdan Gəncəyə, Moskva, Sankt-Peterburq və Yekaterinqburdan Lənkərana.