...

Azərbaycan bankı “Unibank” bankomatlar vasitəsilə kredit ödənişləri qəbul edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2012 12:13 (UTC +04:00)
"Unibank" öz bankomatları vasitəsi ilə kreditlərin ödənilməsi üzrə yeni xidmətin göstərilməsinə başlayıb.
Azərbaycan bankı “Unibank” bankomatlar vasitəsilə kredit ödənişləri qəbul edir

Azərbaycan, Bakı, 2 iyul /Trend/

"Unibank" öz bankomatları vasitəsi ilə kreditlərin ödənilməsi üzrə yeni xidmətin göstərilməsinə başlayıb. Trend-in məlumatına görə, bu barədə bankın bazar ertəsi yaydığı məlumatda deyilir.

Artıq bütün plastik kart sahibləri cəlb etdikləri kreditlər üzrə müntəzəm ödənişərin həyata keçirmək üçün Bankın ATM şəbəkəsindən istifadə edə bilərlər.

Bunun üçün onlar öz kartlarını bankomatlardakı xüsusi menyuda qeydiyyyatdan keçirməli və "Unibank"-la kredit müqavilələrinin kodunu daxil etməlidirlər. Xidmət üzrə müştərinin qeydiyyatı onun mobil nömrəsinə abunə balansında 1 manata bərabər məbləğin bloklaşdırılması barədə SMS ilə təsdiqlənir. Bundan sonra kredit cəlb edən müştərinin kartından, avtomatik olaraq, hər ay kreditin ödənilməsi cədvəlinə müvafiq vəsaitin silinməsi aparılır.

Kreditlərin ödənilməsi üzrə əməliyyatlar həmin an kartın balansında əks olunur.

"Unibank" tərəfindən təklif olunan yeni xidmət hər bir müştəriyə istədiyi zaman kredit öhdəliklərinin yerinə yetirmək, Bankın filiallarındakı kassalarında vaxt itirməmək və nəticədə müsbət kredit tarixçəsinin formalaşdırmağa imkan verir. Həmçinin qeyd etmək lazımdır ki, bu əməliyyatlar üçün, ölkə bankları tərəfindən buraxılan hər hansı bir kartdan istifadə oluna bilər. Ən əsası isə bu zaman kreditlərin ödənilməsi üçün heç bir əlavə komissiya haqqının tutulmamasıdır.

Xəbər lenti

Xəbər lenti