...

Azərbaycanda yeni körpü istismara verilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyul 2012 13:45 (UTC +04:00)
Azərbaycan Nəqliyyat Nazirliyi "Azəryolservis" SC çərşənbə axşamı Fındıqlı çayı üzərindən keçən Gədəbəy-Qızıltorpaq-Qonaqlı avtomobil yolunda yeni körpünü istismara verib.
Azərbaycanda yeni körpü istismara verilib (FOTO)

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Nəqliyyat Nazirliyi "Azəryolservis" SC çərşənbə axşamı Fındıqlı çayı üzərindən keçən Gədəbəy-Qızıltorpaq-Qonaqlı avtomobil yolunda yeni körpünü istismara verib. Bu barədə çərşənbə axşamı Trend-ə SC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

"Leysan yağışları səbəbindən köhnə körpünün dayaqları yararsız vəziyyətə düşmüşdü və SC-nin həyata keçirdiyi sınaq işləri nəticəsində onun qəza vəziyyətində olması haqqında rəy verildi. Bununla əlaqədar yeni müasir körpününü tikintisi haqqında qərar qəbul edildi", - Mürsəliyev deyib.

Körpünün tikintisi ilə bağlı işlər "Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı" çərçivsəində aparılıb. Yeni körpünün tikintisi ötən ilin avqustunda başlayıb. Çay üzərindən avtomobillərin hərəkət etməsi üçün müvəqqəti yol çəkilmişdi.

Körpünün uzunluğu 96 metr, gediş hissəsinin eni 10 metrdir, körpünün hər iki tərəfində piyadalar üçün səki var. Səkinin eni 1,5 metrdir. Körpünün beş aşırımı mövcuddur.

Mürsəlov qeyd edib ki, körpü strateji əhəmiyyətə malikdir, çünki rayon mərkəzi ilə sərhədyanı hərbi hissəni birləşdirir.

Xəbər lenti

Xəbər lenti