...

Azərbaycanda Rusiyanın iri sığorta şirkətinin nümayəndəliyi açılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyul 2012 19:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir A.Axundov/

Rusiyanın "Soqlasiye" Sığorta Şirkəti" MMC-nin (ООО "Страховая компания "Согласие") nümayəndəliyi Azərbaycanda dövlət qeydiyyatından keçib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycan Vergilər Nazirliyinin rəsmi saytının "bir pəncərə" bölməsində yerləşdirilən məlumatda deyilir.

Rəsmi nümayəndə qismində Emin Aslanov çıxış edir.

Nümayəndəlik iyunun 19-da vergi orqanlarında dövlət qeydiyyatından keçib.

Aslanov çərşənbə axşamı Trend-ə bildirib ki, şirkət artıq Azərbaycanda korporativ müştərilərlə işləyir və nümayəndəliyin açılmasında əsas məqsəd ölkədə fəaliyyətin genişləndirilməsidir.

Şirkət Rusiyada artıq 18 ildir uğurla fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti