Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir A.Axundov/
İlkin məlumatlara görə, 2012-ci ilin ilk yarımilliyinin yekunları üzrə Azərbaycan dövlət büdcəsinin mədaxil hissəsi 106 faiz, məxaric hissəsi isə 90 faizdən çox icra edilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycan maliyyə nazirinin müavini Azər Bayramov bildirib.
"Hazırda bu rəqəmlər dəqiqləşdirilir. Altı ay üçün göstəricilər yaxşıdır. Artıq dövlət büdcəsindən investisiya layihələrinin maliyyələşdirilməsi başlayıb", - Bayramov deyib.
Onun sözlərinə görə, hətta dünya bazarlarında neftin qiymətlərinin indiki səviyyəsi dövlət büdcəsinin proqnozlara uyğun icra edilməsi üçün kifayətdir.
"Biz neftin ortaillik qiymətindən danışırıq, yəni əgər o 120 dollar səviyyəsindədirsə, hazırda neftin qiyməti 90 dollar təşkil edir. Bu o deməkdir ki, 2012-ci ilin yekunları üzrə ortaillik qiymət 100 dollardan az olacaq. Bizim möhkəmlik ehtiyatımız normaldır. Əlbəttə ki, krikitik azalmalar ola bilər, lakin bu, başqa məsələdir", - Bayramov qeyd edib.