Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir Ə.Həsənov/
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "AG Bank"ın ümumi dəyəri 5 milyon manat olan adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Trend-in məlumatına görə, bu barədə cümə günü Bakı Fond Birjasının yaydığı məlumatda deyilir.
Emissiya prospektinə hər birinin nominal dəyəri 2 manat olan 2,5 milyon səhm daxildir. Yerləşdirmənin anderrayteri qismində "Caspian Financial" çıxış edir.
Hazırda bankın nizamnamə kapitalı 20 milyon manatdır, yeni emissiyanın yerləşdirilməsindən sonra o, 25 milyon manata çatdırılacaq.