...

“Təmiz şəhər naminə!” III Yay Məktəbi başa çatıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyul 2012 14:18 (UTC +04:00)
5-10 iyul 2012-ci il tarixlərində "Təmiz şəhər naminə!" devizi altında Şəki şəhərində III Tələbə Yay Məktəbində iştirak üçün Bakı şəhərinin müxtəlif univesitetlərdən 1500-ə yaxın tələbə müraciət etmiş və 60-a yaxın tələbə iştirak hüququ qazanmışdır.
“Təmiz şəhər naminə!” III Yay Məktəbi başa çatıb (FOTO)

Azərbaycan, Bakı, 10 iyul /Trend/

5-10 iyul 2012-ci il tarixlərində "Təmiz şəhər naminə!" devizi altında Şəki şəhərində III Tələbə Yay Məktəbində iştirak üçün Bakı şəhərinin müxtəlif univesitetlərdən 1500-ə yaxın tələbə müraciət etmiş və 60-a yaxın tələbə iştirak hüququ qazanmışdır. Trend-in məlumatına görə, bu barədə "Təmiz Şəhər" ASC-nin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

"Təmiz Şəhər" ASC Yay məktəbini Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan IDEA (International Dialogue for Environmental Action) Kampaniyası ilə birgə təşkil etmişdir.

Təbii resursların qənaətlə və səmərəli istifadə edilməsi baxımından tullantıların idarəolunması sahəsində əhalinin məlumatlandırılması böyük əhəmiyyət kəsb edir. Gələcəyimiz olan gənclərin bu sahədə maarifləndirilməsi isə ətraf mühitin mühafizəsi və tullantıların idarəolunması sahəsində davamlı və ardıcıl inkişaf deməkdir.

III Tələbə Yay Məktəbinin keçirilməsində əsas məqsəd gənclər arasında yaşıl düşüncə tərzinin formalaşdırılması, onların ekologiyanın qorunmasında fəal iştirakını təmin etmək və tullantıların idarəolunması sahəsində aktiv fəaliyyət göstərən gənc mütəxəssislərin yetişdirilməsi olmuşdur.

Yay məktəbi ərzində tələbələr tullantıların idarəolunması sahəsində əsas anlayışlar, tullantı növləri, tullantıların idarəolunması prosesi və zərərsizləşdirilməsi üsulları haqqında biliklərə yiyələnmişlər. "Təmiz Şəhər" ASC-nin mütəxəssisləri Cəmiyyətin fəaliyyəti nəticəsində ölkəmizdə tullantıların idarəolunması sahəsindəki irəliləyişlər və planlaşdırılmış layihələr haqqında məlumat vermişlər.

Əldə olunan biliklər əsasında iqtisadi və ekoloji təhlükəsizlik, alış-verişin ətraf mühitə təsiri, alış-veriş zamanı ətraf mühitə məsuliyyətli davranış mövzularına dair ictimai müzakirələr formasında mərhələli debat turnirləri təşkil edilmiş, həmçinin gənclərin asudə vaxtının dəyərləndirilməsi üçün müxtəlif idman və intelektual oyunlar, viktorinalar keçirilmişdir.

Qeyd edək ki, "Təmiz Şəhər" ASC 2010-ci ildən etibarən hər il yay məktəbləri keçirir. Sayca 3-cü olan bu məktəb 2010-cu ildə "Ekologiya ili" çərçivəsində Quba şəhərində təşkil olunmuş "Təmiz şəhər naminə" Yeniyetmələr üçün Yay Məktəbinin və 2011-ci ildə Lənkaran şəhərində təşkil olunmuş "Gənclər təmizlik naminə" Tələbələr üçün Yay Məktəbinin davamıdır.

Yay məktəbi zamanı tələbələr "yaşıl düşüncə" konsepsiyasını əyani şəkildə tətbiq edərək yalnız təkrar emal olunmuş materiallardan hazırlanmış bloknot və qələmlərdən istifadə etmişlər.

Yay məktəbi "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti