...

Azərbaycan bankı “AtaBank” ASC ilin birinci yarısına təxminən 3,5 milyon dollarlıq gəlirlə yekun vurub

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2012 11:37 (UTC +04:00)
"AtaBank" ASC-nin aktivləri ilin əvvəli ilə müqayisədə 1.9 faiz və ya 4.4 mln manat artaraq 235.4 mln. manat olub.
Azərbaycan bankı “AtaBank” ASC ilin birinci yarısına təxminən 3,5 milyon dollarlıq gəlirlə yekun vurub

Azərbaycan, Bakı, 18 iyul /Trend/

"AtaBank" ASC-nin aktivləri ilin əvvəli ilə müqayisədə 1.9 faiz və ya 4.4 mln manat artaraq 235.4 mln. manat olub. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü bankın məlumatında deyilir.

Aktivlərin əsas hissəsini təşkil edən kredit portfelində də artım nəzərəçarpacaq dərəcədə dinamik olub. Ümumi kredit portfeli 12.5 faiz və ya 18.4 mln. manat artaraq 165.1 mln. manat təşkil edib.

Hesabat tarixinə bankın müddətli depozit portfelində əhəmiyyətli dərəcədə artım müşahidə olunub. Belə ki, bu göstərici 1.9 faiz və ya 3.1 mln. manat artaraq, 166.2 mln. manat təşkil edib.

Qeyd edək ki, 2011-ci ilin əvvəlinə bu göstərici 163,1 mln. manat təşkil edirdi. Hesabat dövründə fiziki şəxslərin müddətli əmanətlərinin dinamik artım qeydə alınıb. Belə ki, bu göstərici 6.3 faiz və ya 6.4 mln. manat artaraq 108.0 mln. manatı keçib.

İyun ayının sonuna bankın aktivlərinin (ROA) və kapitalının (ROE) gəlirliliyi müvafiq olaraq 1.16 faiz və 10.73 faiz təşkil edib.
İyun ayının sonuna bankın balans mənfəəti 2.7 mln. manat təşkil edib. Hesabat dövrünün sonuna bankın nizamnamə kapitalı 25.0 mln. məcmu kapitalı isə 32.6 mln. manat olub.

Bank tərəfindən quraşdırılmış POS-terminalların sayı isə 8959 ədədi keçmişdir və bu proses hazırda da davam etdirilir. Fəaliyyətdə olan bankomatların sayı isə 68 ədəd təşkil edir.
Qeyd edək ki, bank cari ildən "AtaMatik" adı verilmiş layihə həyata keçirərək bank xidmətləri göstərilməyən, bankomat quraşdırılmayan ərazilərdə əhaliyə bu xidmətləri səyyar şəkildə göstərməyə başlayıb.

Hazırda respublikamızın müxtəlif regionlarında bankın 24 filial və şöbəsi fəaliyyət göstərməkdədir. Bunlardan 12-i regionlarda digərləri isə paytaxtda yerləşirlər.

Xəbər lenti

Xəbər lenti