...

“Aqrar-sənaye kompleksinin inkişafında loqistik mərkəzlər” mövzusunda seminar keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyul 2012 15:12 (UTC +04:00)
İyulun 19-da İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə “Aqrar-sənaye kompleksinin inkişafında loqistik mərkəzlər” mövzusunda tədbir keçirilmişdir.
“Aqrar-sənaye kompleksinin inkişafında loqistik mərkəzlər” mövzusunda seminar keçirilib

Azərbaycan, Bakı, 19 iyul /Trend/

İyulun 19-da İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə "Aqrar-sənaye kompleksinin inkişafında loqistik mərkəzlər" mövzusunda tədbir keçirilmişdir. Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ), ABŞ-ın Beynəlxalq İnkişafı Agentliyinin (USAİD) "Azərbaycanda rəqabətlilik və ticarət" layihəsinin nümayəndələri, xarici ekspertlər və sahibkarlar iştirak etmişlər.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatında davamlı inkişafın təmin olunduğunu vurğulamışdır. Qeyd edilmişdir ki, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı", "2008 - 2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı", 2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı" və digər dövlət proqramlarının uğurlu icrası nəticəsində qeyri-neft sektorunun inkişafı daha da sürətlənir, ölkə iqtisadiyyatına investisiya qoyuluşu artır, sahibkarlıq fəaliyyəti genişlənir.

Aqrar sektorda düşünülmüş strategiyanın reallaşdırılması, dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi, müasir texnika və texnologiyaların tətbiqi, intensiv metodlardan istifadənin stimullaşdırılması, infrastruktur layihələrinin reallaşdırılması bu sahədə məhsul istehsalının genişləndirilməsinə, rəqabətqabiliyyətinin artırılmasına imkan yaradır. Hazırda Azərbaycan bir çox kənd təsərrüfatı və əsas ərzaq məhsulları ilə özünü yerli istehsal hesabına təmin edir və xarici ölkələrə məhsul ixrac edir. Loqistik mərkəzlərin yaradılması və səmərəli fəaliyyəti isə aqrar-sənaye kompleksinin inkişafında xüsusi əhəmiyyət kəsb edir.

Sonra ABŞ-ın Beynəlxalq İnkişafı Agentliyinin (USAİD) Azərbaycanda Rəqabətlilik və Ticarət Layihəsinin rəhbəri Con O'Konnell, loqistik mərkəzlər üzrə mütəxəssis Patrik Hyuz aqrar sektorun infrastruktur təminatı və loqistik mərkəzlərin aqrar-sənaye kompleksinin inkişafında rolu barədə təqdimatlarla çıxış etmişlər.

Tədbirdə çıxış edən Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi Məhəmmədəli Əfəndiyev Azərbaycanda sahibkarlığın inkişafına böyük diqqət və qayğı göstərildiyini vurğulamış, infrasktur layihələrinin, xüsusilə loqistik mərkəzlərin özəl sektorun inkişafında əhəmiyyətini qeyd etmişdir.
Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) nümayəndəsi Gülnarə Məmmədova təşkilatın həyata keçirdiyi "Azərbaycanda özəl sektorun inkişafına dəstək" layihəsi çərçivəsində görülən işlər barədə məlumat vermiş, layihənin əhəmiyyətini diqqətə çatdırmışdır.

Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin göstərdiyi elektron xidmətlər, eləcə də icazələrin elektron informasiya portalı (www.icazeler.gov.az) barədə sahibkarlara ətraflı məlumat verilmişdir.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılmışdır.

Xəbər lenti

Xəbər lenti