...

"Azərbaycan Hava Yolları" Bakı-Kiyev-Bakı istiqamətində xüsusi tarif tətbiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyul 2012 15:30 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" aviaşirkəti Bakı-Kiyev/Kiyev-Bakı istiqamətində ekonom sinfi üçün xüsusi tarif tətbiq edib.
"Azərbaycan Hava Yolları" Bakı-Kiyev-Bakı istiqamətində xüsusi tarif tətbiq edib

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir E.İsmayılov/

"Azərbaycan Hava Yolları" aviaşirkəti Bakı-Kiyev/Kiyev-Bakı istiqamətində ekonom sinfi üçün xüsusi tarif tətbiq edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı şirkətin rəsmi saytında yerləşdirilən məlumatında deyilir.

Yeni tarif çərçivəsində bir tərəfli aviabiletin qiyməti 100 avro təşkil edəcək (vergi və yığımsız). Xüsusi tarif üzrə aviabiletləri hər iki tərəfə reysin qeydiyyata alınması zamanı əldə etmək olar.

"Xüsusi tarif yalnız ikitərəfli və dönüş tarixi 10 avqust 2012-ci il tarixindən gec olmayan aviabiletlər üçün nəzərdə tutulub", - məlumatda qeyd edilir.

Xəbər lenti

Xəbər lenti