...

TBC Kredit ilin sonunadək kredit portfelini 40 milyon dollara qədər artırmağı planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 İyul 2012 17:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 iyul /Trend/

TBC Kredit 2012-ci ilin birinci yarısı üzrə fəaliyyətinin nəticələrini yekunlaşdırıb.

Kredit təşkilatından çərşənbə axşamı Trend-ə verilən məlumata görə, 2012-ci ilin birinci yarısında kredit portfelinin həcmi artıb və 3300 aktiv müştəri sayı ilə 31,26 milyon dollara çatıb. Belə ki, iyunun 30-na olan göstəricilərə əsasən, təşkilatın kredit portfeli keçən ilin analoji dövrünə olan göstəricilərlə müqayisədə 36%, 2011-ci ilin sonuna olan göstəricilərlə müqayisədə isə 14% artıb.

Portfeldə 44%-lə biznes kreditləri üstünlük təşkil edir, ipoteka və istehlak kreditlərinin payı müvafiq olaraq 23% və 33%-dir. Biznes portfelin 43%-ni mikrobiznes kreditləri təşkil edir.

Keçən ilin göstəriciləri ilə müqayisədə istehlak və mikrobiznes kreditlərinin verilməsi həcmi artıb. Belə ki, istehlak kreditlərinin portfeli təqribən 2 dəfə, mikrobiznes kreditlərinin portfeli 2,5 dəfə artıb. Kreditləşmənin belə artımı kreditlər üzrə əlverişli və sərfəli şərtlərin təqdim olunması ilə əlaqədardır.

2012-ci ilin sonuna TBC Kredit kredit portfelini 40 milyon dollara qədər artırmağı planlaşdırır. Prioritet olaraq biznes layihələrin maliyyələşdirilməsi qalır.

TBC Kredit Bank Olmayan Kredit Təşkilatı Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. 2007-ci ilin dekabr ayından şirkətin 75%-i Gürcüstanın aparıcı bankı olan TBC Bank-a (Gürcüstan), 25%-i isə ShoreBank International Ltd (ABŞ) şirkətinə məxsusdur.

Xəbər lenti

Xəbər lenti