Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir Ə.Həsənov/
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) mikro, kiçik və orta biznesin inkişafı məqsədilə "AccessBank"a 5 il müddətinə 10 milyon dollar həcmində kredit verib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı AYİB-in yaydığı məlumatda deyilir.
"Mövcud vəsaitlər Azərbaycanda sahibkarların kredit resurslarına çıxışını artımaq üçün nəzərdə tutulur və banka kənd təsərrüfatı kreditləşməsinə xüsusi yer verməklə regionlarda mikro, kiçik və orta müəssisələrin kreditləşməsini artırmağa kömək edəcək", - məlumatda qeyd edilir.
"Bu, cari ildə ikinci sövdələşmədir. AYİB apreldə "AccessBank"a oxşar məqsədlər üçün 15 milyon dollar həcmində kredit təqdim etmişdi", - məlumatda deyilir.