...

“Bank of Baku” Bolkart sahibləri üçün bayram nağdlaşdırması elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Avqust 2012 17:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 avqust /Trend/

Ramazan bayramı ilə əlaqədar "Bank of Baku" Bolkart istifadəçiləri üçün nağd pul kampaniyasına start verir. Trend-in sahiblərinə görə, bu barədə bankın cümə axşamı yaydığı məlumatda deyilir.

17-21 avqust tarixləri arasında pul çıxaran kart sahibləri oktyabrın 10-dək faizsiz ödəniş imkanı qazanır. Nağdlaşdırmanın komissiya haqqı - 2,5 %.

Bolkart - tamamilə pulsuz, bərpaolunan limitli bir kredit kartıdır.

Bolkartdan "Bank of Baku" ilə tərəfdaş olan 300-ə yaxın tanınmış geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası və mebel mağazalarında, habelə restoran, supermarket və digər ticarət obyektlərində istifadə etmək olar. Kartla alınan mal və ya xidmətlərin dəyərini bölüb, aylar ərzində ödəmək mümkündür. Bolkartı həm onlayn rejimdə - http://www.bolkart.az , həm də Bank of Baku-nun hər-hansı filialına baş çəkməklə sifariş etmək olar.

Kampaniyanın təfsilatları ilə yaxından tanış olmaq üçün Bank of Baku-nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq, habelə http://www.facebook.com/Bolkart sosial şəbəkəsinə baş çəkmək mümkündür.

Xəbər lenti

Xəbər lenti