...

Müflisləşmiş "Royal Bank"ın sığortalanmış əmanətlərinin 73 faizindən çoxu qaytarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Avqust 2012 12:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir A.Axundov/

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) üç müvəkkil bank vasitəsilə müflisləşmiş "Royal Bank" ASC-də fiziki şəxslərin sığortalanmış əmanətlərinin 73 faizindən çoxunun təmin olunması üçün kompensasiyaları ödəyib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə ADIF-in icraçı direktoru Azad Cavadov bildirib.

"Avqustun 1-dən ADIF-in seçdiyi üç müvəkkil bank 11 milyon manat məbləğində ödəniş həyata keçirib", - Cavadov deyib.

Onun sözlərinə görə, Fond bankın əmanətçilərinə ödənilməsi planlaşdırılan kompensasiyaların ümumi məbləğini yenidən qiymətləndirib.

"Əgər əvvəllər biz ödənişə 16 milyon manat göndərməyi planlaşdırırdıqsa, indi bu məbləğ 14,9 milyon manatadək azalıb", - Cavadov bildirib.

Onun sözlərinə görə, kompensasiyalar üçün əsasən manatla pul yatıran Azərbaycan vətəndaşları müraciət edirlər.

"Xarici valyutada kompensasiyaları, əsasən, qeyri-rezidentlər, milli valyutada isə Azərbaycan vətəndaşları alırlar. Manatla olan əmanətlərin 80 faizindən çoxu qaytarılıb. Xarici valyutada əmanətçilər kompensasiyalara görə müraciət etməyə tələsmirlər", - Cavadov deyib.

Kompensasiyaların ödənilməsi MuğanBank, Bank Respublika və AGBank-da yaradılan xüsusi işçi qrupları vasitəsilə ödənilir. "Royal Bank"ın 33 filialında əmanətçilərin hesabları üç müvəkkil bankın 27 filialının xidmətinə verilib.

Cavadovun sözlərinə görə, bu gün 7 min əmanətçidən 1100-ə yaxını kompensasiya alıb.

"Əmanətlərin iki minə yaxını 100 manatı ötmür, buna görə də kompensasiya almaq istəyən şəxslərin böyük axını yoxdur. Gündə 15-20 nəfər müraciət edir", - Cavadov bildirib.

Ödəniş prosesi 2013-cü il iyulun 20-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti