...

Azərbaycan Anakliyada beynəlxalq biznes forumda iştirak edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Sentyabr 2012 19:53 (UTC +04:00)
Gürcüstan Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Anakliyada beynəlxalq biznes forum keçirilib.
Azərbaycan Anakliyada beynəlxalq biznes forumda iştirak edib

Gürcüstan, Tbilisi, 3 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Anakliyada beynəlxalq biznes forum keçirilib. Trend-in məlumatına görə, kənd təsərrüfatı naziri Zaza Qoroziya Latviya, Litva, Polşa, Türkiyə, Azərbaycan və Ermənistanın nümayəndə heyətlərini qəbul edib. Latviyanın Gürcüstandakı səfiri Elita Qavalets də forum iştirakçılarını salamlayıb.

Kənd təsərrüfatı nazirinin müavini Eter Kamarauli Gürcüstanın kənd təsərrüfatının ixrac və investisiya inkanları haqqında məruzə ilə çıxış edib, nazirin digər müavini İya Canaşiya isə Gürcüstanın şərab bazarlarının ixrac potensialı və şaxələndirilməsi haqqında təqdimat keçirib.

"Forumda əcnəbilərlə yanaşı, yerli iş adamları da iştirak ediblər ki, bu da tərəfdaşlıq münasibətlərinin qurulması və genişləndirilməsi üçün çox vacibdir. Nazirlik bu tədbirlə kənd təsərrüfatı sahəsində, habelə ölkə iqtisadiyyatının digər sektorlarında investisiyaların cəlb edilməsi və ticarətin genişləndirilməsinə yardım edir", - Qoroziya qeyd edib.

Forumda, həmçinin Gürcüstanın iqtisadiyyat naziri Vera Kobaliya və müavini Ketevan Boçorişvili, Gürcüstan Milli Turizm Agentliyinin rəhbəri Mayya Sidamonidze iştirak ediblər.

Forum çərçivəsində iş adamları arasında qrup şəklində görüşlər keçirilib və İzmir (Türkiyə) və Anakliya arasında əməkdaşlıq haqqında memorandum rəsmiləşdirilib.

Xəbər lenti

Xəbər lenti