...

İsveçrə Azərbaycan ilə energetika sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsində maraqlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Sentyabr 2012 16:25 (UTC +04:00)
Azərbaycanın maliyyə naziri Samir Şərifov və Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov İsveçrənin Montro şəhərində keçirilən Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankında (DB) Azərbaycanın təmsil olunduğu İsveçrə qrupunun illik görüşündə iştirak ediblər.
İsveçrə Azərbaycan ilə energetika sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsində maraqlıdır

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

Azərbaycanın maliyyə naziri Samir Şərifov və Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov İsveçrənin Montro şəhərində keçirilən Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankında (DB) Azərbaycanın təmsil olunduğu İsveçrə qrupunun illik görüşündə iştirak ediblər.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, İsveçrə qrupunun yaranmasının 20 illiyi münasibətilə keçirilən geniş iclasda qrupda təmsil olunan ölkələr - İsveçrə, Azərbaycan, Polşa, Serbiya, Qazaxıstan, Türkmənistan, Tacikistan və Qırğızıstan arasında əməkdaşlığın hazırkı vəziyyəti və gələcək istiqamətləri müzakirə edilib. Eyni zamanda, nümayəndə heyəti "Maliyyə böhranının uzunmüddətli nəticələri" adlı seminarda da iştirak edib.

Səfər çərçivəsində maliyyə naziri Samir Şərifov İsveçrə Konfedrasiyasının Prezidenti xanım Evelin Vidmer-Şlumpf tərəfindən qəbul edilib. Görüşdə Azərbaycan ilə İsveçrə Konfederasiyası arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayan Vidmer-Şlumpf, ölkələr arasında əməkdaşlığın iqtisadi, xüsusilə, energetika sahəsində daha da möhkəmləndirilməsində maraqlı olduqlarını ifadə edib.

Dünya Bankının Şərqi Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Filip Le Ueru ilə görüşdə Azərbaycandakı sosial-iqtisadi inkişaf, ölkənin davamlı iqtisadi artım və diversifikasiyası, DB tərəfindən Azərbaycanda maliyyələşdirilən layihələrin hazırkı icra vəziyyəti və ölkə tərəfdaşlığı strategiyasının əsas istiqamətləri müzakirə edilib.

Görüşdə Azərbaycanda son illər əldə edilən uğurlar və gələcəkdə görüləcək işlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti