...

Azərbaycanın “Alfa Insurance” sığorta şirkətinin Direktorlar Şurasına yeni sədr təyin edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Sentyabr 2012 13:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

"Alfa Insurance" sığorta şirkətinin Direktorlar Şurasının yeni sədri Elşad Əliyev olub. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı şirkətin yaydığı məlumatda deyilir.

Əliyev bundan öncə "Beynəlxalq Sığorta Şirkəti"nin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.

Məlumata görə, bu təyinat əsas etibarilə, "Alfa Insurance" və onun təsiscisi olan "TexnikaBank"da infrastrukturun təkmilləşdirilməsi, yeni texnologiyaların və korporativ idarəetmə standartlarının tətbiqi ilə bağlı yeni inkişaf strategiyasının tətbiqinə yönəlmiş tədbirlərin effektivliyinin artırılması məqsədilə həyata keçirilib.

"Alfa Insurance" şirkətində institusional inkişaf və təkmilləşmə prosesləri şirkətin bazardakı mövqeyinin gücləndirilməsinə və müştərilərə günün tələblərinə cavab verən müasir sığorta xidmətlərini təklif etməyə imkan verəcək", - Əliyev bildirib.

1997-ci ildə ildə təsis edilən və Azərbaycan sığorta bazarının ilk şığorta şirkətlərindən biri olan "Alfa Insurance" "TexnikaBank"ın törəmə şirkətidir.

Xəbər lenti

Xəbər lenti