...

İsveçrənin "Stadler Rail" şirkəti Azərbaycan dəmir yollarına öz xidmətlərini təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Sentyabr 2012 15:40 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbərliyi ilə İsveçrənin "Stadler Rail" şirkətinin nümayəndə heyəti arasında ikitərəli görüş keçirilib.
İsveçrənin "Stadler Rail" şirkəti Azərbaycan dəmir yollarına öz xidmətlərini təklif edir

Azərbaycan, Bakı, 13 sentyabr /Trend/

"Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbərliyi ilə İsveçrənin "Stadler Rail" şirkətinin nümayəndə heyəti arasında ikitərəli görüş keçirilib. QSC-nin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə "Stadler Rail" şirkətinin vitse-prezidenti Peter Enelten, MDB dövlətləri üzrə kommersiya direktoru Mattias Şter və şirkətin texniki xidmət şöbəsinin rəisi Daniel Ber daxildir.

Görüşdə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov qarşılıqlı əməkdaşlığın əhəmiyyətindən, əlaqələrin bundan sonra daha da inkişaf etdirilməsinin vacibliyindən danışıb. O bildirib ki, Azərbaycan iqtisadiyyatının bütün sahələrində, o cümlədən nəqliyyat sektorunda yeni dönəm başlayıb. Gələcəkdə artması nəzərdə tutulan tranzit daşımaların mənzil başına təhlükəsiz şəraitdə çatdırılmasını təmin etmək baxımından, bu gün görülən işlər çox əhəmiyyətlidir. "Azərbaycan Dəmir Yolları" QSC-nin investisiya layihələrində aktiv iştirakı əslində gələcəyə hesablanmış bir addımdır.

"Azərbaycan Prezidenti İlham Əliyevin 6 iyul 2010-cu ildə imzaladığı "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı" çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan işlərdən biri də yeni sərnişin vaqonlarının alınmasıdır. Bu baxımdan İsveçrənin "Stadler Rail" şirkətinin öz xidmətlərini təklif etməsini yüksək qiymətləndiririk", - Əsgərov qeyd edib.

Nümayəndə heyətinin rəhbəri, "Stadler Rail" şirkətinin vitse-prezidenti Peter Jenelten məlumat verərək bildirib ki, şirkət 1942-ci ildən fəaliyyət göstərir və əsas inkişaf dövrü 1989-cu ildən başlayır. 4500 işçisi olan şirkətin İsveçrə, Almaniya, Polşa və digər ölkələrdə vaqonqayırma zavodları fəaliyyət göstərir. Hazırda dünyanın 13 ölkəsinin dəmir yolunda "Stadler Rail" şirkətinin istehsalı olan sərnişin qatarları, xüsusi vaqonlar, tramvaylar və manevr teplovozları istismar olunur.
Görüş iştirakçılarına "Stadler Rail" şirkətinin istehsalı olan elektrik, regional, regionlararası, dizel və sərnişin qatarlarını, zavodların iş prosesini əks etdirən videoçarx təqdim olunub.

Həmçinin, görüşdə İkitərəfli münasibətlərin bundan sonra davam etdirilməsi qərara alınıb.

Xəbər lenti

Xəbər lenti