...

ASB Bank-ın müştəri xidmətlərinin 137 məlumat mərkəzi fəaliyyətə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Sentyabr 2012 16:11 (UTC +04:00)
Azərbaycan Sənaye Bankının (ASB Bank) müştəri xidmətlərinin 137 məlumat mərkəzi fəaliyyətə başlayıb.
ASB Bank-ın müştəri xidmətlərinin 137 məlumat mərkəzi fəaliyyətə başlayıb

Azərbaycan, Bakı, 13 sentyabr /Trend/

Azərbaycan Sənaye Bankının (ASB Bank) müştəri xidmətlərinin 137 məlumat mərkəzi fəaliyyətə başlayıb.

Bankdan cümə axşamı Trend-ə verilən məlumata görə, Bakı şəhəri daxilində stasionar telefonlardan və mobil operatorlardan birbaşa 137 olaraq yığılan nömrə, Bakı şəhərindən kənar zonalarda isə stasionar telefonlardan 012-137 olaraq yığılmalıdır.

Bu xidmət Azərbaycanın ilk taksit kartı olan "Extra Card" layihəsi ilə eynı zamanda həyata keçirilib. ASB Bank-ın 137 məlumat mərkəzi ilə müştərilərin bank məhsul və xidmətlərinə dair müraciətlərinin cavablandırılması, müştəri xidmətləri keyfiyyətinin və məmnuniyyətinin artırılması nəzərdə tutulub.

Qeyd edək ki, "Azərbaycan Sənaye Bankı" 1996-cı ildən fəaliyyətə başlayıb. 2012-ci il avqust ayının 1-nə bankın aktivlərinin həcmi 171.754 mln. manat, depozit portfeli 99.356 mln. manat, kredit portfeli 130.006 mln. manat, nizamnamə kapitalı 28.000 mln. manat təşkil edir. Bankın respublika üzrə 9 filialı, 2 şöbəsi, 35 bankomatı və 571 POS-terminalı mövcuddur. Bankın plastik kartlarından istifadə edən müştərilərinin sayı 25 994-dən, cəmi müştərilərinin sayı isə 46 mindən çoxdur.

Xəbər lenti

Xəbər lenti