...

Azərbaycanda 420 kq-a yaxın istehlaka yararsız ərzaq malları məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Sentyabr 2012 17:08 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı istehlaka yararsız ərzaq malları satışdan çıxarılaraq məhv edilib.
Azərbaycanda 420 kq-a yaxın istehlaka yararsız ərzaq malları məhv edilib

Azərbaycan, Bakı, 13 sentyabr /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı istehlaka yararsız ərzaq malları satışdan çıxarılaraq məhv edilib.

Nazirliyin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, Bakının Yasamal, Binəqədi, Səbail, Nərimanov rayonlarında, Sumqayıt, Gəncə, Tovuz şəhərlərində, eləcə də Ağdaş, Sabirabad, Ağdam rayonlarında aparılan növbəti yoxlamalar zamanı saxlama müddəti ötmüş, normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, habelə satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib.

Ümumilikdə monitorinqlər zamanı 420 kq-a yaxın ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

Xəbər lenti

Xəbər lenti