...

Bakı Metropoliteni stansiyaların birində əlavə çıxışın tikintisini sürətləndirmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Sentyabr 2012 19:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir E.İsmayılov/

Bakı Metropoliteni "Elmlər Akademiyası"nın əlavə çıxışının tikintisini 2013-cü ildə başa çatdıra bilər. Bu barədə cümə günü Trend-ə Bakı Metropolitenindəki mənbə bildirib.

Onun sözlərinə görə, hazırda qazma işləri üçün istifadə ediləcək maili tunelin yaradılması üzrə işlər aparılır.

"Maliyyələşmə ilə bağlı problem olmayacağı təqdirdə, işləri gələn ilin sonunadək başa çatdırmaq olar", - mənbə qeyd edib.

Qeyd edək ki, bundan əvvəl əlavə çıxışın 2014-cü ilin sonu, 2015-ci ilin əvvəlində istismara veriləcəyi planlaşdırılmışdı.

Xəbər lenti

Xəbər lenti