...

Azərbaycan hökumətinə məxsus qızılın miqdarı 666 kiloqrama çatdırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Sentyabr 2012 16:52 (UTC +04:00)
Gədəbəy qızıl filiz yatağında hasil edilmiş əmtəəlik qızıl İsveçrənin Cenevrə şəhərində saflaşdırıldıqdan sonra Azərbaycan hökumətinin mənfəət payı olan 4900,0 troy unsiya (152,4 kloqram) miqdarında növbəti partiya qızıl külçələri bu gün Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilib və Azərbaycan Mərkəzi Bankında yerləşdirilib.
Azərbaycan hökumətinə məxsus qızılın miqdarı 666 kiloqrama çatdırılıb

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

Gədəbəy qızıl filiz yatağında hasil edilmiş əmtəəlik qızıl İsveçrənin Cenevrə şəhərində saflaşdırıldıqdan sonra Azərbaycan hökumətinin mənfəət payı olan 4900,0 troy unsiya (152,4 kiloqram) miqdarında növbəti partiya qızıl külçələri bu gün Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilib və Azərbaycan Mərkəzi Bankında yerləşdirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bundan əvvəl isə həmin yataqdan hasil edilmiş Azərbaycan hökumətinin mənfəət payı olan 16512,9 troy unsiya (513,6 kiloqram) miqdarında 999,9 əyarlı qızıl külçələr qəbul edilərək Mərkəzi Bankda saxlanca verilib.

Ümumilikdə bugünkü tarixə Mərkəzi Bankda saxlancda olan Azərbaycan hökumətinə məxsus qızılın miqdarı 21413,4 troy unsiyaya (666,0 kiloqrama) çatdırılıb. Onun bu günə bazar dəyəri 37,9 milyon ABŞ dolları təşkil edir.

Xəbər lenti

Xəbər lenti