...

"DəmirBank"da əhalinin əmanətləri 29 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Sentyabr 2012 14:05 (UTC +04:00)
DəmirBank-ın aktivləri 1 sentyabr 2012-ci il tarixinə 375,4 mln. manat təşkil edib, bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 44,8 mln. manat və ya 13,6% çoxdur.
"DəmirBank"da əhalinin əmanətləri 29 faiz artıb

Azərbaycan, Bakı, 20 sentyabr /Trend/

DəmirBank-ın aktivləri 1 sentyabr 2012-ci il tarixinə 375,4 mln. manat təşkil edib, bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 44,8 mln. manat və ya 13,6% çoxdur.

Bankdan cümə axşamı Trend-ə verilən məlumata görə, müştərilərə verilən kreditlərin həcmi isə bu dövr ərzində 36,8 mln. manat və ya 14,9% artaraq 283,6 mln. manatı keçib.

Bankda müştəri depozitlərinin həcmi 1 sentyabr 2012-ci il tarixinə 148,7 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 1 sentyabr 2012-ci il tarixinə 124,3 mln. manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 29,1% və ya 28 mln. manat çoxdur.

Bankın nizamnamə kapitalı 1 sentyabr 2012-ci il tarixinə 21 mln. manat, məcmu kapitalı isə 56,8 mln. manat olub.

Ölkənin ilk və aparıcı banklarından olan "DəmirBank" 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Niderland İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. "DəmirBank" "Fitch Ratings" və "Planet Rating" agentliklərinin "stabil" proqnozlu "B" reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Xəbər lenti

Xəbər lenti