...

Azərbaycan ilə Rusiya arasında investisiya sazişi üzrə danışıqların növbəti raundu gözlənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Sentyabr 2012 17:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir C.Nəsibova/

Yaxın vaxtlarda "İnvestisiyaların təşviqi və qarşılıqlı müdafiəsi haqqında" saziş layihəsi üzrə danışıqların növbəti raundunun keçiriləcəyi gözlənilir. Bu barədə cümə günü Trend-ə RF-nin Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrin bildirib.

"Saziş layihəsinə dair danışıqlar davam edir və müəyyən məsələlər üzrə uğurla başa çatıb. Lakin bir sıra prinsipial məsələlər var ki, bununla bağlı razılaşma hələ əldə olunmayıb", - ticarət nümayəndəsi qeyd edib.

Onun sözlərinə görə, yaxın vaxtlarda bu saziş üzrə Moskvada danışıqların növbəti mərhələsinin keçirilməsi gözlənilir. Bununla bağlı Azərbaycan tərəfi Moskvaya dəvət olunub.

Bir müddət əvvəl ticarət nümayəndəsinin qeyd etdiyi kimi, danışıqlar çərçivəsində əsas prinsipial məsələlərdən biri "bu razılaşmanın təsirinin yayılması müddətinə aiddir ki, bununla bağlı fikir ayrılıqları var".

"Güman edirəm ki, 19 yanvar 2012-ci il Moskvada imzalanmış diplomatik əmlak haqqında razılaşma "İnvestisiyaların təşviqi və qarşılıqlı müdafiəsi haqqında" saziş üzrə güzəştli qərar çıxarmağa imkan verməyən qismən maneə idi", - Şedrin bildirib.

Bu sazişin imzalanması çox vacibdir. Çünki hazırda Azərbaycan investisiyalarının Rusiya iqtisadiyyatına yatırılması üzərində ciddi işlər aparılır, eləcə də rusiyalı sərmayədarların Azərbaycanda yatırımları artır.

2004-cü ildən 2010-cu ilədək Azərbaycanda 233 Rusiya kapitallı müəssisə qeydiyyata alınıb. Son illər ərzində Rusiya tərəfi Azərbaycan iqtisadiyyatına 400 milyon dollardan artıq investisiya qoyub.

Xəbər lenti

Xəbər lenti