...

Azərbaycanda gömrük sahəsində 10 mindən çox hüquqpozma faktı aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Sentyabr 2012 12:46 (UTC +04:00)
2012-ci ilin yanvar-avqust aylarında Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən cinayət xarakterli 186 fakt qeydə alınıb.
Azərbaycanda gömrük sahəsində 10 mindən çox hüquqpozma faktı aşkar edilib

Azərbaycan, Bakı, 22 sentyabr /Trend müxbir A.Axundov/

2012-ci ilin yanvar-avqust aylarında Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən cinayət xarakterli 186 fakt qeydə alınıb. Trend-in məlumatına görə, bu barədə DGK-nin şənbə günü yaydığı məlumatda deyilir.

Məlumata görə, 135 fakt qaçaqmalçılıqla (52 fakt narkotiklərin qanunsuz dövriyyəsi) bağlıdır. Həmin dövrdə 25,34 kq narkotik vasitə, 6,2 kq psixotrop maddə dövriyyədən çıxarılıb. Gömrük rüsumundan yayınma ilə bağlı üç fakt aşkar olunub.

Bu faktlarla bağlı şübhəli şəxs qismində 217 nəfər saxlanılıb.

Bu dövrdə 10 330 inzibati hüquq pozuntusu faktı aşkar edilib ki, bunun 83-ü qanunsuz daşınma, 199-u isə əşyaların, malların, yaxud pul vəsaitinin qeyri-qanuni keçirilməsi cəhdi ilə əlaqədardır.

Xəbər lenti

Xəbər lenti