...

FHN-in hərbi qulluqçuları güzəştli ipoteka krediti ala biləcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Sentyabr 2012 10:08 (UTC +04:00)
Azərbaycanda ipoteka kreditlərinin alınması zamanı güzəştlərdən istifadə hüququna malik şəxslərin siyahısına Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçuları da daxil edilib.
FHN-in hərbi qulluqçuları güzəştli ipoteka krediti ala biləcəklər

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanda ipoteka kreditlərinin alınması zamanı güzəştlərdən istifadə hüququna malik şəxslərin siyahısına Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçuları da daxil edilib.

Trend-in məlumatına görə, Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, güzəştli ipoteka kreditlərinin verilməsi qaydalarına bununla bağlı dəyişiklik edilib.

Güzəştlər yalnız azı 3 il xidmət göstərən hərbi qulluqçulara şamil edilir.

Xəbər lenti

Xəbər lenti