...

“Təmiz Şəhər” ASC tullantıların idarəolunması sahəsində gəncləri maarifləndirməkdə davam edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Sentyabr 2012 11:02 (UTC +04:00)
“Təmiz Şəhər” ASC “Təbiət Dostları” Gənclər İctimai Birliyininin “Yaşıl Həftə - 2012” kampaniyasında iştirak etmişdir.
“Təmiz Şəhər” ASC tullantıların idarəolunması sahəsində gəncləri maarifləndirməkdə davam edir

Azərbaycan, Bakı, 26 sentyabr /Trend/

"Təmiz Şəhər" ASC "Təbiət Dostları" Gənclər İctimai Birliyininin "Yaşıl Həftə - 2012" kampaniyasında iştirak etmişdir.

ASC-dən Trend-ə verilən məlumata görə, "Təmiz Şəhər" ASC-nin Layihələrin idarəolunması və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Oqtay Məmmədov "Yaşıl İçki" tədbirində tullantıların idarəolunması mövzusunda gəncləri məlumatlandırmışdır. "Tullantıların idarəedilməsi" mövzusuna həsr edilmiş görüşdə iştirakçılara tullantıların zərərsizləşdirilmə üsulları, ölkəmizdə bu sahədə əldə edilən nailiyyətlər və gənclərin bu sahədə rolundan bəhs edilmişdir.

Həmçinin "Təmiz Şəhər" ASC-nin Balaxanı poliqunun təkmilləşdirilməsi və müasir standartlara uyğun qurulması sahəsində gördüyü işlər, artıq sınaq rejimində fəaliyyət göstərən Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunun iş mexanizmi və ilin sonunda istismara veriləcək Bərk Məişət Tullantılarının Yandırılması Zavodu haqqında geniş məlumat verilmişdir.

"Təmiz Şəhər" ASC-nin nümayəndəsi sonda tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırmış və gəncləri ətraf mühitin mühafizəsi sahəsində daha aktiv fəaliyyətə çağırmışdır.

Xəbər lenti

Xəbər lenti