...

Azərbaycan bankları USAID-in risklərin səmərəli idarə edilməsi üzrə təklifləri ilə tanış olublar

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Sentyabr 2012 19:39 (UTC +04:00)
Risklərin səmərəli idarə edilməsi üçün Azərbaycan bankları müvafiq strategiyanı müəyyənləşdirməlidirlər. Trend-in məlumatına görə, bu barədə cümə axşamı ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan Mərkəzi Bankı (AMB) ilə birgə "Problemli kreditlərin idarə edilməsi" mövzusunda təşkil etdiyi seminarda agentliyin eksperti xanım Lesli Surenta bildirib.
Azərbaycan bankları USAID-in risklərin səmərəli idarə edilməsi üzrə təklifləri ilə tanış olublar

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir C.Nəsibova/

Risklərin səmərəli idarə edilməsi üçün Azərbaycan bankları müvafiq strategiyanı müəyyənləşdirməlidirlər. Trend-in məlumatına görə, bu barədə cümə axşamı ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan Mərkəzi Bankı (AMB) ilə birgə "Problemli kreditlərin idarə edilməsi" mövzusunda təşkil etdiyi seminarda agentliyin eksperti xanım Lesli Surenta bildirib.

Tədbirdə problemli kreditlərlə bağlı müəyyən risklərin yaranma səbəbləri, borcların daxili təhlili və banklar tərəfindən risklərin qiymətləndirilməsi, habelə risklərin idarə edilməsi sistemi müzakirə edilib.

"Risklərin idarə edilməsi sistemindən səmərəli istifadə etmək üçün risklərin elementlərini öyrənmək tələb olunur. Bu elementlər sırasına düzgün və məqbul strategiyanın təyin edilməsi, prosedur hazırlığı və risklərin idarə edilməsi üzrə siyasətin müəyyənləşdirilməsi, risklərin idarə edilməsi ilə bağlı səlahiyyət və öhdəliklərin təyin edilməsi, məhsuldar və etibarlı informasiya texnologiyaları sistemlərindən istifadə, gözlənilməz hallar üçün planların hazırlanması və stress-testlərin keçirilməsi daxildir", - Surenta qeyd edib.

Həmçinin, tədbir zamanı riskləri səmərəli idarə etmək üçün bankların əməl etməli olduğu limitlər açıqlanıb. Məsələn, bankın bir şəxs və ya bir qrup şəxslərla bağlı məruz qaldığı risk bankın öz vəsaitinin 25 faizindən çox olmamalıdır. Əgər risk bankın öz vəsaitinin 10 faizini üstələyirsə o, yüksək hesab olunmalıdır. Həmçinin, bankın qəbul etditi böyük risklər bankın öz vəsaitinin bütövlükdə 800 faizini ötməməlidir.

Xəbər lenti

Xəbər lenti