...

Azərbaycanın iri banklarından biri Bazel-III tövsiyələrini öyrənir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Oktyabr 2012 11:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir A.Axundov/

"PASHA Bank" bank nəzarəti üzrə Bazel Komitəsinin Bazel-III tövsiyələrini öyrənir. Bu barədə bazar ertəsi Trend-ə bankın İdarə Heyətinin sədri Fərid Axundov bildirib.

"Biz Bazel-III standartı üzrə kapitalın hesablanmasını aparırıq, biz həmin tövsiyələr çərçivəsində müəyyən edilmiş tələbləri anlayırıq. Lakin bankımızın onun tətbiqinə hazır olduğunu söyləyə bilmərəm. Əgər sabah Azərbaycan Mərkəzi Bankı Gürcüstan MB kimi bildirsə ki, ölkənin bank sektoru yanvarın 1-dən Bazel-III tövsiyələrini tətbiq edir, onda biz bunu edə bilməyəcəyik", - Axundov deyib.

Onun sözlərinə görə, buna baxmayaraq, "PASHA Bank" bu məsələni öyrənir.

"Bu, böyük işdir. Hələlik biz həmin məsələnin öyrənilməsi üzrə bir sıra resursları ayırmışıq, lakin onlarla tam şəkildə məşğul olmuruq. Biz bilirik ki, Bazel-III banklar üçün hansı tələblər hazırlayır, lakin mürəkkəbliyin hamısını biz hələ dərk etmirik. Lakin biz onlar üzərində işləyirik", - Axundov bildirib.

"PASHA Bank" 2007-ci ilin iyununda yaradılıb və 2007-ci il yanvarın 28-dən AMB-nin lisenziyası əsasında fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti