...

Aİ Azərbaycan ilə 2013-cü ildə maliyyələşdiriləcək layihələri müzakirə edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Oktyabr 2012 19:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir A.Axundov/

Avropa İttifaqı (Aİ) Azərbaycan hökuməti ilə 2013-cü ildə maliyyələşdiriləcək layihələri müzakirə edir. Bu barədə Trend-ə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Roland Kobia bildirib.

"Hazırda maliyyələşdirə biləcəyimiz müxtəlif layihələri nəzərdən keçiririk. Biz Azərbaycan hökuməti və vətəndaş cəmiyyəti ilə işlərimizi koordinasiya etmək istəyirik", - Kobia qeyd edib.

Onun sözlərinə görə, 2012-cü ildə tərəflər Azərbaycanda dövlət vəsaitlərinin idarə edilməsi sahəsində potensialın gücləndirilməsi layihəsi üzrə tərəqqiyə nail ola bilmədilər.

"Biz böyük layihə çərçivəsində 20 milyon avro ayırmaq istəyirdik, lakin ölkə hökuməti ilə razılaşma əldə etmək hələ mümkün olmayıb", - Kobia qeyd edib.

Səfir gələcəkdə Azərbaycan və Aİ arasında ticarət dövriyyəsinin artmasının davam edəcəyinə əminliyini bildirib.

"Hazırda Azərbaycan xarici ticarət əməliyyatlarının 60 faizindən çoxunu Aİ ölkələri ilə həyata keçirir. İtaliya Azərbaycan məshullarının, xüsusilə neftin iri idxalçısıdır. Biz ümid edirik ki, bu tendensiya davam edəcək. Azərbaycan üçün Aİ kimi sabit tərəfdaşın olması sərfəlidir, bizə isə Azərbaycanın təqdim etdiyi məhsulları almaq sərf edir. Bu əməkdaşlıq hər iki tərəf üçün faydalıdır", - Kobia deyib.

Xəbər lenti

Xəbər lenti