...

Qanunsuz tutulan üç min hektar ərazi bələdiyyələrə qaytarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Oktyabr 2012 13:22 (UTC +04:00)
Cari ilin yanvar-sentyabr aylarında qanunsuz tutulan təxminən 3 min hektar ərazi Azərbaycan bələdiyyələrinin mülkiyyətinə qaytarılıb.
Qanunsuz tutulan üç min hektar ərazi bələdiyyələrə qaytarılıb

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir A.Axundov/

Cari ilin yanvar-sentyabr aylarında qanunsuz tutulan təxminən 3 min hektar ərazi Azərbaycan bələdiyyələrinin mülkiyyətinə qaytarılıb. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Ədliyyə Nazirliyi yanında Bələdiyyələrlə İş üzrə Mərkəzin rəhbəri Mehdi Səlimzadə bildirib.

Onun sözlərinə görə, qanunsuz tikililərlə mübarizəni təkcə bələdiyyələr deyil, digər strukturlar da aparmalıdır.

"Əgər bələdiyyələr qanunsuz tikililərin inşasına icazə verirlərsə, biz bu qərarı ləğv edirik. Əgər tikili heç bir sənəd olmadan inşa edilirsə, buna hüquq-mühafizə orqanları və digər müvafiq dövlər strukturları müdaxilə etməlidirlər", - Səlimzadə qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti