...

Azərbaycan 2013-cü ildə güzəştli kreditləşdirmənin maliyyələşdirilməsini gücləndirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Oktyabr 2012 13:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir A.Axundov/

2013-cü il üçün Azərbaycan dövlət büdcəsi layihəsində İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fonduna (SKMF) gələn il ayrılan vəsaitlərin 66,5 faiz artırılması nəzərdə tutulur. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Maliyyə Nazirliyi tərəfindən dərc edilən 2013-cü il və növbəti üç il üçün Azərbaycanın dövlət və icmal büdcələrinin layihələrində deyilir.

2013-cü ildə dövlət büdcəsindən SKMF-yə 150 milyon manat ayrılacaq ki, bu da 2012-ci ilin proqnoz göstəricilərini 59,9 milyon manat və ya 66,5 faiz, 2011-ci ilin faktiki göstəricilərini isə 116 milyon manat və ya 4,4 dəfə üstələyir.

Bu vəsaitlər kiçik və orta sahibkarlığın inkişafına, güzəştli kreditlər vasitəsi ilə onun maliyyə dəstəyinin genişləndirilməsinə, müasir texnologiyalar əsasında istehsalat və emal sahələrinin inkişafına, ixracat üçün rəqabətədavamlı məhsulların istehsalını stimullaşdıran infrastruktur layihələrin maliyyələşdirilməsinə ayrılacaq.

Bu nəzərə alınmaqla SKMF-də yığılan vəsaitlərin həcmi 1,102 milyard manata (onlardan 612,9 milyon manatı dövlət büdcəsi vəsaitləri, 489,4 milyon manat isə ayrılan kreditlərin qaytarılan kreditlərin hesabına) çatacaq.

Fond 2012-ci ildə 200 milyon manat dəyərində kredit verməyi planlaşdırır, onlardan 110 milyon manat kreditlərin qaytarılması hesabına təmin ediləcək.

SKMF 2012-ci ilin əvvəlindən 2050-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 181,8 milyon manat dəyərində güzəştli kredit verib. Bu layihələrin həyata keçirilməsi 7500-dən artıq iş yerinin yaradılmasına kömək edir.

Qeyd edək ki, SKMF 1992-ci ildə yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti