...

Zaqatalada rəqabətqabiliyyətli fındıq emalı məhsullarının istehsalı mövzusunda tədbir keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Oktyabr 2012 17:06 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin və Zaqatala rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Rəqabətqabiliyyətli fındıq emalı məhsullarının istehsalının və ixracının təşviqi" mövzusunda tədbir keçirilib.
Zaqatalada rəqabətqabiliyyətli fındıq emalı məhsullarının istehsalı mövzusunda tədbir keçirilib

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

İqtisadi İnkişaf Nazirliyinin və Zaqatala rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Rəqabətqabiliyyətli fındıq emalı məhsullarının istehsalının və ixracının təşviqi" mövzusunda tədbir keçirilib.

Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə müvafiq dövlət qurumlarının, Şəki-Zaqatala regionu üzrə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və fındıq istehsalı ilə məşğul olan sahibkarlar iştirak ediblər. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində davamlı iqtisadi inkişafın təmin edildiyini vurğulayıb, özəl sektorun inkişafı, qabaqcıl texnologiyaların tətbiqinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. O, məqsədyönlü dövlət proqramlarının uğurlu icrası nəticəsində qeyri-neft sektorunun sürətlə inkişaf etdiyini, yeni iş yerlərinin və müasir müəssisələrin yaradıldığını, iqtisadiyyata investisiya qoyuluşunun artdığını, rəqabətqabiliyyətli məhsul istehsalının genişləndirildiyini diqqətə çatdırıb. Çıxışda fındıq istehsalının stimullaşdırılması, bu sahədə istehsal olunan məhsulların potensial bazarlara çıxarılmasında sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi, iş adamlarının təşəbbüslərinin dəstəklənməsi tədbirlərinin davam etdirildiyi vurğulanıb.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GİZ) nümayəndələri isə çıxışlarında Azərbaycanda özəl bölmənin inkişafına böyük diqqət və qayğı göstərildiyini qeyd edib, qeyri-neft məhsullarının xarici bazarlara çıxarılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat veriblər.

Tədbirdə həmçinin, Almaniyanın "Schlüter&Maack" şirkətinin nümayəndələri tərəfindən təqdimatlar keçirilib, xarici bazarlara, o cümlədən Avropa bazarlarına daxil olmaq üçün əsas tələblər, keyfiyyət standartlarının tətbiqi, fındıq emalı məhsullarının rəqabətqabiliyyətinin daha da artırılması istiqamətində ixracatçılara tövsiyələr verilib.

Qeyd edək ki, Almaniyanın "Schlüter&Maack" şirkəti Azərbaycandan fındıq, qoz, şabalıd, qurudulmuş meyvələr kimi məhsulların alınmasında maraqlıdır.

Sonda İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri sahibkarları maraqlandıran sualları cavablandırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti