...

Kapital Bank ilk "Affinity" kartlarını Azərbaycana gətirdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Oktyabr 2012 10:00 (UTC +04:00)
Oktyabr 17-də "Kempinski Badamdar" hotelinin "Qəbələ zalı"nda "Affinity" kartlarının təqdimat mərasimi keçirilib. Kartların satışından toplanan vəsait hesabına talassemiyalı körpələrə yardım göstəriləcək.
Kapital Bank ilk "Affinity" kartlarını Azərbaycana gətirdi

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

Kapital Bank Azərbaycanda ilk dəfə olaraq müştərilərə "Affinity" kartlarını təqdim edib.

Oktyabr 17-də "Kempinski Badamdar" hotelinin "Qəbələ zalı"nda "Affinity" kartlarının təqdimat mərasimi keçirilib. Kartların satışından toplanan vəsait hesabına talassemiyalı körpələrə yardım göstəriləcək.

Kapital Bank "Affinity" kartlarını "VISA International" və "Savab Dünyası" Talassemiya Assosiasiyası ilə birgə təşkil edilmiş xeyriyyə aksiyası çərçivəsində buraxıb. "Hər qəlbdə yerimiz olsun!" devizi altında keçirilən aksiya zamanı bank kartların satışından əldə olunan gəlirlərin bir hissəsindən imtina edəcək. Visa Classic, Visa Gold və Visa Platinum affinity kartları üzrə illik xidmət haqlarının 50% talassemiyalı körpələrin müalicəsi üçün "Savab Dünyası" Talassemiya Assosiasiyasının hesabına köçürüləcək. Beləliklə, Kapital Bankdan "Affinity" ödəniş kartı alan hər kəs talassemiyalı uşaqların yaşamasına kömək göstərmiş olacaq.

Müxtəlif Avropa ölkələrində və Rusiyada indiyə qədər bir neçə dəfə belə aksiyalar keçirilib. Kapital Bank ümid edir ki, ölkəmizdə ilk dəfə reallaşdırılan bu təşəbbüs insanların böyük dəstəyini qazanacaq.

"Affinity" kartlarını Kapital Bankın filiallarından əldə etmək, yaxud bankın www.kapitalbank.az internet səhifəsində onlayn sifariş vermək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti