Azərbaycan, Bakı, 17 oktyabr /Trend/
İspaniyanın alternativ enerji, tikinti, mühəndislik, memarlıq və şəhərsalma, nəqliyyat, su təchizatı, yanğından mühafizə sistemləri sahəsində fəaliyyət göstərən 10-a yaxın şirkətinin nümayəndəsi Azərbaycanda səfərdədir.
Səfər çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə ispan iş adamlarının ölkəmizdə müvafiq sahələrdə fəaliyyət göstərən şirkətlərlə ikitərəfli görüşləri təşkil edilib, əməkdaşlıq perspektivləri müzakirə olunub. Bu barədə Trend-ə AZPROMO-danməlumat verilib.
Oktyabrın 17-ə qədər davam edəcək səfər zamanı İspaniya şirkətləri Azərbaycanın bir sıra dövlət qurumlarında da görüşlər keçirəcəklər.