...

“Bank of Baku” 900 000-ci krediti rəsmiləşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Oktyabr 2012 14:30 (UTC +04:00)
1994-cü ildən bəri fəaliyyət göstərən "Bank of Baku" bu günlərdə toplam olaraq 900 000-ci kreditini rəsmiləşdirib.
“Bank of Baku” 900 000-ci krediti rəsmiləşdirib

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

1994-cü ildən bəri fəaliyyət göstərən "Bank of Baku" bu günlərdə toplam olaraq 900 000-ci kreditini rəsmiləşdirib. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Bu rəqəm Azərbaycan bankları arasında ən yüksək göstəricidir. Hal-hazırda "Bank of Baku"nun ölkə boyunca onlarla filialına üz tutan müştərilərin çoxluğu bu rəqəmin ən qısa vaxtda 1 milyona çatacağını ehtimal etməyə əsas verir.

İstehlak kreditləri sahəsində aparıcı mövqeyə sahib olan "Bank of Baku" hal-hazırda Azərbaycanın bankçılıq sektorunda geniş yayılmış bir çox məhsul və xidmətləri ilk dəfə tətbiq edən kommersiya bankıdır.

Belə ki, "Bank of Baku"
• İstehlak mallarını ilk dəfə kreditləşdirən, zaminsiz və arayışsız nağd və istehlak kreditləri ayıran bankdır
• İstehlakçılar arasında çox populyar olan Azərbaycanın ilk hissə-hissə ödənişli kredit kartı olan BOLKART-ı dövriyyəyə buraxan bankdır
• Azərbaycan bankçılıq tarixində ilk dəfə sadiq müştərilər üçün "Dostlar klubu" adlı imtiyazlı klub yaradan bankdır
• Kredit ödənişlərini ilk dəfə xüsusi ödəniş terminalları, telefon və internet vasitəsilə həyata keçirməyə imkan verən bankdır
• İlk dəfə tərəfdaş mağazalarda yerindəcə krediti təhlil edən bankdır
• "İdeal" və Mybrand's mağazalar şəbəkəsi ilə ilk hissə-hissə ödənişli kobrend kartlar buraxan bir bankdır.
• "Faizlər geri qayıdır" adlı kampaniya çərçivəsində müştəriyə ilk dəfə bank tərəfindən kredit üzrə ödənilmiş faizləri geri qaytaran bankdır
• 8145 SMS nömrəsinə iş yerinin adını göndərməklə kredit şərtinə dair müştəriyə ilk mesaj xidməti göstərən bir bankdır.

"Bank of Baku"nun xidmət və məhsulları ilə yaxından tanış olmaq üçün bankın Məlumat Mərkəzinin 145 nömrəsinə zəng etmək, həmçinin bankın www.facebook.com/bankofbaku sosial şəbəkə səhifəsini ziyarət etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti